Menu

İran yeni raketini nümayiş etdirdi!

22.08.2015, 16:22
İran yeni raketini nümayiş etdirdi!

Xarici KİV-in məlumatına görə, İran İslam Respublikası (İİR) özünün yeni raketini nümayiş etdirib. «Röyter» agentliyinin məlumatına görə, Tehran bəyan edib ki, raket 500 kilometr məsafədə yerüstü hədəfləri yüksək dəqiqliklə vura bilir («Exo Moskvı»).

İİR hökumət rəsmilərinin sözlərinə görə, raketin nümayişi sülhün və effektiv danışıqların qarantıdır. Belə ki, tezliklə ABŞ Konqresi İranla nüvə sazişi üzrə qərar qəbul etməlidir.

ABŞ respublikaçıları sazişi «torpedo atəşi»nə tutmaq fikrindədirlər, amma ehtiyat edirlər ki, bunun üçün onların səs sayı yetərli olmasın.

Barak Obama administrasiyası isə öz növbəsində xəbərdarlıq edib ki, sazişin pozulması dünya səhnəsində ABŞ-ın mövqeyini laxlada bilər.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol