Menu

Bakıda naməlum avtomobillər 2 nəfəri vurub

22.08.2015, 20:27
Bakıda naməlum avtomobillər 2 nəfəri vurub

Bakıda piyadaları avtomobil vurub. Avqustun 21-də saat 17 radələrində Binəqədi rayonunda dövlət qeydiyyat nişanları məlum olmayan “Mercedes” markalı avtomobillə yolu keçən Xırdalan şəhər sakini Zümrüd Cabbarlı vurulub. O, xəstəxanaya yerləşdirilib. BDYPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Oxşar hadisə Xətai rayonu ərazisində də qeydə alınıb. Avqustun 21-də saat 22 radələrində Xətai rayonu ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Bayram Baxşəliyev vurulub. B.Baxşəliyevə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Xətai RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol