Menu

Azərbaycanlı avarçəkənlər Yay Olimpiya Oyunlarına 2 lisenziya qazandılar

22.08.2015, 21:42
Azərbaycanlı avarçəkənlər Yay Olimpiya Oyunlarına 2 lisenziya qazandılar

Milanda keçirilən kayak və kanoe üzrə dünya çempionatında azərbaycanlı idmançılar 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanıblar.

Oxu.az xəbər verir ki, qadınlar arasında 1 nəfərlik qayıqla (K-1) 500 metr məsafəyə yürüşdə yer alan Osipenko-Rodomska 5-ci yeri tutub. Qaydalara əsasən, qadınlar arasında 1 nəfərlik qayıqla (K-1) 500 metr məsafəyə yürüşdə ilk “7-liy”ə düşənlər 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə qazanıblar. Bu səbəbdən, onların arasında İnna Osipenko-Rodomska da yer alıb.

Daha bi rlisenziyanı isə kanoeçi Valentin Demyanenko qazanıb. 32 yaşlı idmançı ilk “7-liy”ə düşməklə bu uğura imza atıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol