Xarici KİV-in yaydığı məlumata görə, Ukrayna Prezidenti Pyotr Poroşenko deyib ki, «ağılsız pasifizm» dövrü sona yetdi («Exo Moskvı»).
Bununla əlaqədar olaraq, prezidentin sözlərinə görə, Ukrayna ordusu ilin axırına qədər yeni silahlarla təmin ediləcək. Bu silahların siyahısı «tamamilə yeni növ 18 silah və hərbi texnikanı» özündə əks etdirəcək.
Redaksiyadan: «Ağılsız pasifizm» dövrü deyərkən, görünür ki, Ukrayna Prezidenti hələ ötən əsrin 90-cı illərində ölkəsinin könüllü olaraq nüvə silahından imtina etməsinə işarə vurub. Buradan da belə bir dolayı nəticə çıxarmaq olar ki, çağdaş Ukrayna yenidən nüvə dövrünə qayıtmağı planlaşdırır və bunda nə qədər haqlı olduğuna işarə edir.
AzPoditika.info


Şərhlər