Düşən neft qiymətlərinin iqtisadiyyatını yaxşıca sarsıtdığı Venesuelada, pul vahidi Venesuela Bolivarı çox zəifləyib.
Bir Venesuela vətəndaşının, iki Venesuela Bolivarını piroq yeyərkən salfet kimi istifadə olunduğunu göstərən fotoşəkili internetdə rekord sayda baxılıb.
Fotoşəkili çəkən venesuelalı haqsız deyil. Bir Bolivar, ölkənin rəsmi olmayan valyuta bazarında bir Amerikan sentindən çox aşağı qiymətə satılır.
Dollar və bolivarın mübadilə edildiyi rəsmi olmayan valyuta məzənnəsi, son bir il ərzində 700% artıb. Bir il əvvəl bir dollar 82 bolivar idisə, indi haradasa 676 dollara qarşılıqdır.
Düşən neft qiymətləri ölkənin vəziyyətini iqtisadi baxımdan çətinləşdirir. Brookings İnstitutunun məlumatlarına görə, Venesuela əsas ehtiyaclarının 70%-ini idxal edir. Keçən il inflyasiyanın 68 faiz yüksəlməsi, salfet, şəkər, süd və un kimi əsas istehlak mallarının əldə edilməsində çətinlik yaradır.
İlin əvvəlində Trinidad və Tobaqo respublikası Venesuelaya neft qarşılığında salfet satmağı təklif etmişdi.
Venesuelanın Oktyabr ayında ödəməsi lazım olan 5 milyard dollarlıq borcunu necə həyata keçirəcəyi isə bilinmir. /"Marja"



Şərhlər