Menu

Səudiyyə Ərəbistanının generalı öldürüldü

24.08.2015, 09:58
Səudiyyə Ərəbistanının generalı öldürüldü

Qoşunların vəziyyətini yoxlayarkən, Yəmənlə sərhəddə Səudiyyə Ərəbistanının generalı öldürülüb.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu haqda krallığın "SPA" agentliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, general - mayor Əbdürrəhman bin -Səid əş-Şahrani ölkənin cənubundan qoşunların vəziyyətini yoxlayarkən, atəşə məruz qalıb. Güllə dəyəndən sonra general hospitala yerləşdirilib. Həkimlərin cəhdlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Xəbərə görə, atəş Yəmənin husilərin nəzarəti altında olan ərazisindən açılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol