Menu

PKK terroru davam edir: 2 əsgər şəhid oldu

24.08.2015, 11:25

pkk-qarabagTürkiyənin cənub-şərqində, Hakkari vilayəti ərazisində PKK terrorçularının törətdiyi partlayış nəticəsində 2 əsgər şəhid olub.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Hakkarinin Şəmdinli rayonunun Təkəli kəndi yaxınlığında baş verib. Hərbi avtomobil yoldan keçərkən yolun kənarına basdırılmış bomba terrorçular tərəfindən partladılıb. Nəticədə 2 əsgər həlak olub, 3-ü yaralanıb. Yararlılar xəstəxanaya çatdırılıb. Terrorçulara qarşı əməliyyat başlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol