Menu

Bakıda yeni formada yarmarkalar açılacaq

24.08.2015, 12:20
Bakıda yeni formada yarmarkalar açılacaq

“Bakı şəhəri ərazisində ləğv edilən yarmarkalar yenidən təşkil ediləcək”. Bu barədə Modern.az saytına Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev məlumat verib.

O bildirib ki, hazırda bu istiqamətdə işlər davam etdirilir: “Kənd Təsərrüfatı Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti ilə birgə ünvanların dəqiqləşdirilməsi prosesi gedir.

Ünvanlar dəqiqləşdikdən sonra yarmarkalar fəaliyyətə başlayacaq və vətəndaşlara bu barədə əlavə məlumat veriləcək”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol