Menu

Avropa İttifaqı sərhədlərdə nəzarəti bərpa edir?

24.08.2015, 14:31
Avropa İttifaqı sərhədlərdə nəzarəti bərpa edir?

Xarici KİV-in məlumatına görə, Avropa İttifaqı (Aİ) sərhədlərində nəzarəti bərpa edə bilər («Exo Moskvı»).

Belçikanın Baş naziri Şarl Mişel bəyan edib ki, bu addım terror aktları təhlükəsi ilə bağlıdır.

Bundan əvvəl Belçika hökuməti «Amsterdam-Paris» qatarında baş venrmiş atışmadan sonra ölkə daxilində təhlükəsizlik tədbirlərinin gücləndirildiyini bildirmişdi.

Bu arada, xəbər verilir ki, miqrantların axını ilə bağlı Almaniya Şengen sazişinin dayandırılacağını istisna etmir. Məlumdur ki, Avropa Birliyi institutunun başlıca nailiyyətlərindən biri də Aİ ərazilərində vizasız hərəkəti mümkün edən Şenger sazişidir. Odur ki, Şengen sazişinin dayandırılması mahiyyət etibarilə, Aİ-nın «çat verməsi» deməkdir.

Maraqlıdır ki, bir müddət əvvəl Rusiya Prezidenti Vladimir Putin Aİ-nın Rusiyaya yönəlik sanksiyalarından danışarkən demişdi: «Avropa ölkələri borc içindədir. Bu gün Avropa çat verir...».

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol