«AzPolitika.info» Rusiya KİV-ə istinadla xəbər verir ki, Rusiya Federasiyası Federasiya Şurasının sədri Valentina Matviyenkoya Amerika vizası verməkdən imtina olunub («Exo Moskvı»).
Bu barədə məlumatı Federasiya Şurasındakı mənbəyə istinadla «İnterfaks» agentliyi yayıb. «Komsomolskaya pravda»nın müxbiri Dmitri Smirnov da öz «Tvitter» səhifəsində bu barədə əlüstü məlumat verib.
Bundan əvvəl Matviyenko özü belə perspektivi istisna etməmişdi. Çünki onun adı ABŞ-ın sanksiya siyahısına daxil edilib. O, parlamentlərarası şuranın sentyabrda Nyu-Yorkda keçiriləcək sesiyasında iştirak etməli idi.
Məlumatn rəsmi təsdiqi barədə hələlik hər-hansı şərh verilməyib.
AzPolitika.info


Şərhlər