Menu

MTN-in həbs etdiyi keçmiş nazirin istintaqı başa çatıb

27.01.2014, 15:04
MTN-in həbs etdiyi keçmiş nazirin istintaqı başa çatıb

Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanan keçmiş xarici iqtisadi əlaqələr naziri Nicat Quliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Vəkil Əfqan Məmmədov “Media forum” saytına bildirib ki, MTN müstəntiqlərinin apardıqları cinayət işinin materialları təqsirləndirilən şəxsə və vəkillərinə təqdim olunub: “Cinayət işinin materialları ilə tanış olmuşuq. İşdə yalnız Nicat Quliyevin adı keçir. Şahidlər isə MTN əməkdaşlarıdır. Biz bu ittihamı, cinayət işində yazılanları əsassız sayırıq”.

Vəkil deyib ki, iş yaxın günlərdə məhkəməyə göndəriləcək.

Quliyev 2013-cü il avqustun 7-də həbs olunub. Mili Təhlükəsizlik Nazirliyinin yaydığı məlumata görə, sabiq nazir qanunsuz olaraq odlu silah saxlamada təqsirləndirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol