Menu

Azərbaycanlılar Türkiyədə 458 mənzil aldı

25.08.2015, 10:57
Azərbaycanlılar Türkiyədə 458 mənzil aldı

2015-ci il iyul ayında Azərbaycan vətəndaşları Türkiyədən 68 ədəd mənzil alıb.

Bu barədə Türkiyə Statistika Qurumunun yaydığı məlumatda bildirilib.

Cari ilin 7 ayında isə Azərbaycanlılara türklər 458 ədəd mənzil satıb.

Qeyd edək ki, Türkiyə daxilində mənzil satışları 2015-ci ilin iyul ayında keçən ilin anoloji dövrünə nisbətən 13,5% artaraq, 96 589 ədəd olub. Bu isə son beş ayın ən aşağı satış rəqəmləridir.

İyulda Türkiyədən ən çox mənzili İraq (362), Səudiyyə Ərəbistan (233) və Rusiya Federasiyasının (195) vətəndaşları alıb. Qeyd edək ki, Azərbaycan bu sırada 9-cu yerdə qərarlaşıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol