Almurad Əliyev: “Paxırlarını açıb tökəcəm, el-aləm içində biabır olacaqlar...”
"Bunların ağlı çaşıb. Ağıllarına gələni danışılar. Öz aralarında dava var getsinlər davalarını etsinlər. Bu davada Elçibəyin adından istifadə etmək heç bir əxlaqa sığmır."
Bunu Moderator.az-a açıqlamasında eks-prezident, Milli Azadlıq Hərəkatının rəhbəri Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev AXCP-Müsavat münasibətlərindəki son durumu şərh edərkən deyib.
Almurad Əliyev savaşan bu partiyalara sonuncu dəfə xəbərdarlıq etdiyini bildirib: "Mən bir dəfə də demişəm, növbəti dəfə xəbərdarlıq edirəm. Əgər onlar Elçibəyin adından istifadəyə son qoymasalar, bütün paxırlarını açıb-tökəcəm. El-aləm içində biabır olacaqlar".


Şərhlər