Menu

Şengen zonası təhlükə altındadır! - Almaniyanın DİN naziri

26.08.2015, 00:32
Şengen zonası təhlükə altındadır! - Almaniyanın DİN naziri

Xarici KİV-in məlumatına görə, Almaniyanın daxili işlər naziri Tomas Mezer bəyan edib ki, miqrantların qəbulu məsələsində Avropa ölkələri tərəfindən Şengen razılaşmasının prinsiplərinə əməl edilməməsi Şengen zonasının fəaliyyətdə olmasını təhdid altına alır (Rosbalt).

«Əgər heç kim qanuna əməl etmirsə, o zaman Şengen zonası təhlükədədir. Bax, buna görə də bizə təcili Avropanın qərarı lazımdır» - deyə, «BBC» Mezerdən sitat gətirir.

Nazir həm də Böyük Britaniyanı daha çox miqrant qəbul etməyə çağırıb və bu zaman qeyd edib ki, bu ölkə Şengen zonasının bir hissəsi deyil.

«Amma Avropa İttifaqı ölkələrinin hamısı öz vəzifələrini daha yaxşı dərk etməlidir» - deyə, alman nazir əlavə edib.

Məlumatlara görə, Almaniya bu il 800 min qaçqını qəbul etməyə hazırlaşır. Afrikadan və Yaxın Şərqdən Avropaya gələn miqrantların yarıdan çoxu Almaniyaya yollanır.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol