Rusiya KİV-nin məlumatına görə, bu gün Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkoya ABŞ vizasının verilməsi məsəlsi həll oluna bilər(«Exo Moskvı»).
«İnterfaks» özəl mənbəsinə istinadla xəbər verir ki, Rusiyanın Senat nümayəndə heyəti bu məsələyə görə, Nyu-Yorka planlaşdırılmış səfərdən tam heyətlə imtina edə bilər. İmtina o zaman baş verəcək ki, amierikalılar Matviyenkoya məhdudlaşdırıcı viza versinlər. Belə viza isə Matviyenkoya BMT mənzil-qərargahının yerləşdiyi Manhettenin mərkəzindən 25 kilometrlik radiusdan kənara çıxmağı qadağan etmiş olardı.
Məsələ burasındadır ki, Rusiya Federasiya Şurasının spikeri Valentina Matviyenkonun adı da digər rusiyalı siyasətçilərlə bərabər ABŞ-ın sanksiya siyahısında yer alıb.
Rusiya nümaayəndə heyəti BMT çərçivəsində Parlamentlərarası Şuranın Nyu-Yorkda keçiriləcək iclaslarında iştirak etmək fikrindədir.
AzPolitika.info


Şərhlər