«Şpigel» alman nəşrinin məlumatına görə, bu günlərdə iğtişaşların baş verdiyi Haydenau qaçqın düşərgəsində Almaniya kansleri Angela Merkeli fitə basıblar («Exo Moskvı»).
Xatırladaq ki, bundan əvvəl Merkel İtaliyada və Yunanıstanda qaçqınlar üçün xüsusi mərkəzlərin yaradılması təklifi ilə çıxış etmişdi.
Xəbərə görə, ilin əvvəlindən Almaniyada «qaçqın» statusu almaq üçün verilmiş sorğuların sayı 219 minə çatıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu, 125,0 faiz çoxdur.
AzPolitika.info


Şərhlər