Menu

"ABŞ Rusiyaya qarşı siyasətini dəyişməyəcək" - Nuland

26.08.2015, 20:00
"ABŞ Rusiyaya qarşı siyasətini dəyişməyəcək" - Nuland

"ABŞ Rusiyaya qarşı siyasi kursunu dəyişməyəcək." Bu barədə ABŞ-ın dövlət katibinin Avropa və Avrasiya işləri üzrə yardımçısı Viktoriya Nuland bildirib, oxu.az TASS-a istinadən xəbər verir.

“Biz Rusiyanın maraqlarına uyğun olmadığı üçün beynəlxalq sistemin fundamental prinsiplərini və qaydalarını və BMT-nin Nizamnaməsini dəyişməyə hazır deyilik. Eləcə də biz işləyə bildiyimiz sahələrdə və işləyə bildiyimiz vaxtda bərabər çalışmağa davam edəcəyik”, - Nuland bəyan edib.

O həmçinin bildirib ki, ABŞ dövlət katibi Con Kerri mayda Rusiyada qərarların verilməsi üçün məsuliyyət daşıyan şəxslər ilə birbaşa danışığa zəmanətin verilməsi üçün Soçidə olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol