Menu

Türkiyədə bir ayda minə yaxın terrorçu zərərsizləşdirilib

27.08.2015, 20:27
Türkiyədə bir ayda minə yaxın terrorçu zərərsizləşdirilib

"İndiyədək keçirilən antiterror əməliyyatı nəticəsində 918 terrorçu zərərsizləşdirilib".

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bu haqda Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, bu il iyulun 22-dən başlayan hava əməliyyatları nəticəsində terrorçu PKK-ya güclü zərbə endirilib.

Xəbərdə bildirilib ki, antiterror tədbirləri nəticəsində ölkədən kənarda 580, ölkə içində isə 250-300-ə yaxın terrorçu yaralanıb.

Təhlükəsizlik qüvvələrinin hesabat dövründə keçirdikləri əməliyyatlar nəticəsində 2 360 terrorçu - PKK-çı həbs edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol