Menu

Qubada tapılan xəzinə polis şöbəsinə təhvil verildi

27.08.2015, 23:03
Qubada tapılan xəzinə polis şöbəsinə təhvil verildi

Quba rayonunun Xaltan kəndində kiçik xəzinə aşkar edilib.

"Report" xəbər verir ki, xəzinəni uşaqlar yarıuçuq sahibsiz tikilinin ərazisində oynayarkən, divarın içindəki oyuqdan tapıblar.

Xəzinənin içində xeyli sayda gümüş pul, gümüş pullardan ibarət bir neçə boyunbağı, 1875-ci illərin müxtəlif nominasiyalı kağız pulları, təsbeh, köhnə cildli Quran, gümüş və adi xəncər və köhnə tapança olub.

Tapıntı Quba rayon Polis şöbəsinə təhvil verilib. Hazırda şöbənin Qonaqkənd bölməsinda faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol