Menu

Türkiyədə İŞİD-ə qoşulmaq istəyən 14 nəfər saxlanılıb

29.08.2015, 18:22
Türkiyədə İŞİD-ə qoşulmaq istəyən 14 nəfər saxlanılıb

Türkiyənin Kilis əyalətində İŞİD terror təşkilatına qoşulmaq məqsədilə Suriya ərazisinə keçmək niyyətində olan 14 nəfər saxlanılıb. Saxlanılan şəxslərdən 12 nəfəri əcnəbi vətəndaşlardır.

SalamNews-un "Anadolu"-ya istinadla verdiyi xəbərə görə, bu barədə əyalət rəhbərliyinin açıqlamasında bildirilir.

Məlumata görə, polis idarəsinin terrorizmlə mübarizə şöbəsinin əməkdaşları Elbeyli rayonunda həyata keçirdikləri əməliyyat nəticəsində Suriya ərazisinə keçmək niyyətində olan 14 nəfəri saxlayıblar.

Tibbi baxış keçirildikdən sonra onlar ölkədən deportasiya edilmələri üçün jandarma idarəsinə təhvil verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol