Menu

İŞİD 7 kənddən qovuldu

30.08.2015, 00:08

IsidİŞİD-lə mübarizə aparan beynəlxalq koalisiya qüvvələri açıqlama verərək 25 hava hücumunda Peşmərgəyə təyyarə və pilotsuz təyyarələr vasitəsi ilə dəstək verdiyini açıqlayıb.Axar.az xəbər verir ki, Kərkükü İŞİD-dən təmizləmək üçün əməliyyat başladan Peşmərgə bundan sonra ən azı 7 kəndi İŞİD-dən geri alıb.

Açıqlama verən komandir Patrik Rayder İraqın digər bölgələrində isə vəziyyətin olduğu kimi qaldığını, İraq ordusunun bəzi bölgələrdə ciddi çətinliklərlə qarşı-qarşıya olduğunu vurğulayıb:

“İŞİD bəzi yerləri ələ keçirmişdi, amma bunun hesabını çox ağır ödədi”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol