Bir qədər əvvəl Müdafiə Nazirliyinin erməni "diversant"ı kimi təqdim etdiyi şəxsın şəkilləri yayılıb. Şəkillərdən saxlanılan erməni "diversant"dan daha çox "bomj"a oxşayır. Əlavə şərhə ehtiyac duymuruq.
---
Bu gün Azərbaycanın Tovuz rayonunun Əlibəyli kəndində Ermənistan vətəndaşı saxlanılıb.
Bu barədə APA-nın qərb bürosuna Əlibəyli kənd sakinləri məlumat veriblər.
Məlumata görə, təmas xəttini keçən Ermənistan vətəndaşı kənd sakinləri tərəfindən saxlanılıb. Onun hərbçi, yaxud mülki vətəndaş olması bilinmir.
Kənd İcra nümayəndəsi Valeh Rzayev faktı təsdiqləsə də, ətraflı məlumat verməyib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, Tovuz rayonunda ələ keçirilən şəxs erməni diversiya qrupunun üzvüdür.
MN-dən həmin şəxsin tutularkən silahlı olduğu da bildirilib.
Qoşunların təmas xəttini keçərkən saxlanılan erməninin adı məlum olub. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılov APA-ya açıqlamasında bildirib ki, bu gün saat 16 radələrində təxminin 65 yaşında olan mülki şəxs Xocayan Mamika Tiqranoviç Tovuzun Əlibəyli kəndinin sakinləri tərəfindən saxlanılaraq hərbçilərə təhvil verilib.




Şərhlər