“Bu ölkə bir neçə oğrunun və terrorçunun at oynadacağı ölkə deyil. Etdiklərinin hesabını verəcəklər”.
Anspress-in məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün Zəfər Bayramı ilə əlaqədər keçirilən tədbirdən sonra jurnalistlərə verdiyi açıqlamada deyib.
Ərdoğan seçkilərdə təhlükəsizliklə bağlı danışarkən deyib ki, 7 iyunda yaşananlar 1 noyabrda yaşanmayacaq.
“Bizim etdiyimiz hər şey konstitusiyaya uyğundur. Bundan daha təbii heç nə ola bilməz. Əgər nədənsə narazısansa gəl bizə kömək et. Ümid edir ki, millətimiz bizə 1 noyabr seçkilərində yaşatdıqları bu çətin dövrü birdə yaşatmaz. Verdikləri qərarla 2016 cı ilə qədəm qoymuş olarıq”.
Prezidənt Xalqların Demokrat Partiyasını da (HDP) tənqid edərək partiyanı dağdakı PKK terrorçularına kömək etməkdə günahlandırıb:
“Mən bunların münasibətini səmimi hesab etmirəm. HDP-lilər 7 iyundan əvvəldə belə idilər. Parlamentdə 80 millət vəkili yeri əldə edəndən sonra daha da pis oldular. Dağdakı PKK terrorçularına kömək etməyə başladılar”.
Hədəfinin iqtisadi cəhətdən Türkiyəni dünyanın 10 ölkəsindən birinə çevirmək olduğunu deyən Ərdoğan baş verən terror hadisələrinin onları yollarından döndərmədiyini bildirib.


Şərhlər