Menu

İlqar Məmmədov həbsxanada səfirlə görüşüb

31.08.2015, 11:04
İlqar Məmmədov həbsxanada səfirlə görüşüb

REAL Hərəkatının sədri İlqar Məmmədov Binə qəsəbəsindəki 2 Saylı Cəzaçəkmə müəssəsində Avropa Birliyinin Azərbaycandakı səfiri Malena Mard ilə görüşüb.

REAL-ın yaydığı məlumata görəgörüşdə ölkələr arasındasiyasi vəziyyət, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarının icra edilməsi və qarşıdan gələn parlament seçkiləri müzakirə edilib.

İlqar Məmmədov 2013-cü ilin yanvarın sonlarında İsmayıllı rayonunda baş vermiş kütləvi narazılığdan sonra fevralın 4-də həbs edilib. Məhkəmə onu 7 il azadlıqdan məhrum edib.

Avropa İnsan Hüquqları Məhkəməsi 22 may 2014-cü ildə həbsin siyasi motivli olmasını, İlqar Məmmədovu höküməti tənqid etdiyinə görə susdurmaq və prezident seçkilərindən kənarda qoymaq məqsədi daşıdığını qeyd etməklə Konvesiyanın 5, 6, 18-ci maddələrinin pozuntusunu tanıyıb.

Azərbaycan hökmumətinin həmin qərardan böyük palataya verdiyi şikayət qəbul edilməyib.Avropa Şurasının Nazirlər Komitəsi 2014-cü il dekabrın 4-də Avropa İnsan Hüquqları Məhkəməsinin İlqar Məmmədov barəsində qərarının icrası məsələsinə baxıb və Məmmədovun təxirə salınmadan azad edilməsinin təmin olunması tələb edib ("Amerikanın səsi").

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol