“Şamaxınin icra başçısı Asif Ağayev rayondaki Şəhidlər Xiyabanının ərazisini “Gilan Holdinqə” satıb”
Şamaxı rayonunun ziyalıları,ağsaqqalları,gəncləri və şəhid ailələri tərəfindən prezident İlham Əliyevə məktub göndərilib. Surəti “AzPolitika.onfo”-ya göndərilən məktubda bildirilir:
“Biz şamaxılılar yazıb bildiririk ki, Şamaxı rayonundakı Şəhidlər xiyabanı bir neçə il bundan qabaq bərbad vəziyyətə düşmüşdür. Baş daşları sınıb tökülmüş, qəbirlər sürüşərək yerindən oynamışdır. Dəfələrlə Şamaxı Rayon İcra Hakimiyyətinə və digər yuxarı orqanlara məlumat verilsə də, artıq 3 ilə yaxındır ki, Şəhidlər Xiyabanının girişində “Müvəqqəti təmirə dayandırılıb” lövhəsi vurularaq heç bir iş görülmür.Hər il 20 yanvar Şəhidlərin anım günündə eləcədə başqa vaxtlarda şəhidləri ziyarət etmək istərkən, Xiyabanın ətrafında çəkilən hasara görə içəri daxil olmaq olmur.Şəhidlərimizin bizlərin yolunda canlarını verdiyini nəzərə alıb,onların nə qədər müqəddəs olduğunu anlayanda bu hərəkət onların ruhuna böyük hörmətsizlik olur.Azərbaycanın inkişaf etdiyi bir dövrdə, minlərlə tikintilərə külli miqdarda pul ayrıldığı bir vaxtda Şəhidlərimizin uyuduğu yeri bərpa etdirməmək nə dərəcədə doğrudur?

Eşitdiyimizə görə həmin ərazinin Şamaxı rayon icra başçısı tərəfindən “Gilan Holdinqə” satılıb. Orada otel və istirahət mərkəzi tikiləcək. Bu dərəcədə biyarbırçılıq olarmı? Şamaxıda min hektarlarla boş ərazi qala-qala, Şəhidlərin qəbrini köçürdüb yerində otel və istirahət zonası tikmək olarmı? Heç Şəhid qəbirlərinidə satmaq olar? Belə rəzalət, biabırçılıq Azərbaycanın heç bir bölgəsində olmayıb. Biz hələdə bu xəbərin şokundan ayıla bilmirik. Bu əsl şokdu, rəzalətdi, biabırçılıqdı. İnsan inana bilmir.Məmurlar yəni o qədər harınlayıb ki, Şəhidlərin qəbrini dağıdıb,yerində istirahət zonası tikdirir? Erməni bunu eşitsə,sevinməzmi?

Cənab prezident, sizdən çox xahiş edirik ki, bu məsələnin həllində bizlərə köməklik edəsiniz. Şəhidlər ,xiyabanı köçürülməsin və əsaslı təmir olunsun.Əks təqdirdə biz həmin şəhidlərin valideynləri özümüzü Şamaxı Rayon İcra Hakimiyyətinin qarşısında yandıracağıq”.

Şərhlər