Menu

İŞİD Dəməşqin mərkəzinə doğru irəliləyir

02.09.2015, 00:13

İŞİD-1İŞİD terror qruplaşmasının silahlıları digər radikal qruplaşmaların silahlıları ilə döyüşlərin gedişində Suriyanın paytaxtı Dəməşqin mərkəzinə yaxınlaşıblar. Musavat.com-un məlumatına görə, bu barədə BBC bölgədəki mənbələrə istinadən xəbər yayıb.

Ancaq hələlik aydın deyil ki, onlara nə dərəcədə yaxınlaşma müyəssər olub. Mənbənin sözlərinə görə, hazırda qruplaşma Suriya paytaxtının cənub sərhədləri yaxınlığında döyüş aparır.

Xəbərlərə görə, hələlik “cihadçılar” digər radikal qruplaşmalardan döyüşlə ələ keçirdikləri ərazilər hesabına şəhərin mərkəzinə yaxınlaşırlar. Bu rayonda Əsəd qüvvələrinin nəzarət elədiyi əraziləri isə hələ ki, tuta bilməyiblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol