Menu

Məşhur investor neftin qiymətinin 25 dollar olacağını proqnoz edir

02.09.2015, 12:17

Oil-Commodity-Market8Neft üzrə ixtisaslaşmış Andyurand Capital investisiya fondunun təsisçisi və rəhbəri Pyer Andyuranın fikrincə, yaxın zamanda WTI markalı neftin qiyməti bir barel üçün 30 dollardan aşağı olacaq.

Oxu.az RBK-ya istinadən xəbər verir ki, Andyuran 2008-ci ildə neftin qiymətinin artması və sonradan kəskin şəkildə ucuzlaşacağı proqnozunu verdikdən sonra məşhur olub.

İnvestorun fikrincə, neftin qiymətləri bir barel üçün 25-50 dollar arasında olacaq.

“Mən WTI üçün yaxın iki il ərzində 25-50 dollar arasında qiymət gözləyirəm”, - “The Financial Times” qəzeti Andyuranın sözlərini sitat gətirir.

2008-ci ildə Brent markalı neftin qiyməti tarixi maksimuma çatıb – bir barel üçün 143,95 dollar.

Amma dünyada böhranın başlaması ilə neftin qiymətlərinin aşağı düşməsi başlayıb və həmin ilin dekabrında Brentin bir bareli 33,7 dollar olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol