İraqda hərbi geyimdə olan naməlum şəxslər 16 türkiyəli fəhləni oğurlayıblar. Musvat.com-un xarici mənbəyə istinadən verdiyi xəbərə görə, hadisə çərşənbə günü səhər saatlarında, Bağdadın şimalında, Türkiyə vətəndaşlarının çalışdıqları tikintilərin birində baş verib.
Hökumət oğurluğun arxasında kimlərin durduğundan bixəbər olduğunu bəyan edib. Hələlik heç bir qruplaşma insidentə görə məsuliyyəti öz üzərinə götürməyib.
Xatırladaq ki, ötən ay Türkiyə ilk dəfə olaraq İŞİD-ə qarşı beynəlxalq koalisiyaya qoşulub, hava zərbələrində iştirak edib. Həmçinin, ABŞ-ın İncirlik hərbi bazasından terror qruplaşmasına qarşı istifadəyə icazə verib.


Şərhlər