Menu

Türkiyədə partlayış, yaralı hərbçilər var

03.09.2015, 22:57
Türkiyədə partlayış, yaralı hərbçilər var

Türkiyənin Muş şəhərində hərbi maşın hərəkətdə olan zaman partlayış baş verib.

ANS PRESS-in məlumatına görə, Muşda hərbi maşına yerləşdirilən partlayıcının partlaması nəticəsində 8 əsgər yaralanıb.

Partlayış Muş-Bulanık quru yoluda olub.

Partlayışın təsirindən uçuruma yuvarlanan maşının içindəki 8 əsgər ağır yaralanıb. Yaralılar hadisə yerindən alınaraq Muş Dövlət xəstəxanasına yerləşdirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol