Menu

Parlamentin ən uzunömürlü deputatı yenidən namizəd oldu

04.09.2015, 21:30
Parlamentin ən uzunömürlü deputatı yenidən namizəd oldu

Bu il Azərbaycanda noyabrın 1-də keçiriləcək parlament seçkiləri ilə bağlı namizədlərin irəli sürülməsi prosesi davam edir.Hazırda millət vəkili olan, həmçinin builki seçkilərdə namizəd olacaq bəzi nüfuzlu insanlar isə hakim Yeni Azərbaycan Partiyasının (YAP) açıqlayacağı siyahını gözləyirlər.

YAP-ın siyahısını gözləmədən öz namizədliyini açıqlayan şəxslər də var. Onlardan biri də parlamentin ən uzunömürlü deputatlarından biri Hacı Madər Musayevdir.

Hacı Madər artıq sənədlərini MSK-ya təqdim edib. O, bitərəf deputat kimi hazırda təmsil olunduğu 10 saylı Binəqədi üçüncü seçki dairəsindən namizədliyini irəli sürüb.

Qeyd edək ki, Hacı Madər Musayev Azərbaycanda ən çox deputat mandatı daşıyan şəxslərdən biridir. O, 2 çağırış SSRİ Ali Soveti dövründə, 4 çağırış isə Azərbaycan Milli Məclisinə deputat seçilib.

Maraq üçün onu da bildirək ki, Hacı Madərin Müsavatdan rəqibi partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol