Menu

Avropa İttifaqı Dağlıq Qarabağda qondarma "seçkilər"i tanımır

05.09.2015, 15:40
Avropa İttifaqı Dağlıq Qarabağda qondarma "seçkilər"i tanımır

Avropa İttifaqı (Aİ) Dağlıq Qarabağda qondarma "seçkilər"i tanımır.Bunu Trend-ə Avropa Komissiyasının rəsmi nümayəndəsi Mayya Kosyançiç separatçı rejimin sentyabrın 13-də Azərbaycanın işğal edilmiş ərazilərində “özünüidarə orqanları”na qanunsuz “seçkilər” keçirməyi planlaşdırması məsələsini şərh edərkən deyib.

Onun sözlərinə görə, Aİ Dağlıq Qarabağda keçirilən qondarma "seçkilər"in legitimliyini tanımır və bu "seçkilər" Dağlıq Qarabağın gələcək statusunun müəyyənləşdirilməsi prosesinə zərər vura və danışıqlar prosesinə təsir göstərə bilməz.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol