Menu

Gürcüstan Rusiya ilə kompromisə getməyəcək! - XİN

05.09.2015, 19:29
Gürcüstan Rusiya ilə kompromisə getməyəcək! - XİN

«AzPolitika.info»-nun xarici mənbələrə istinadla verdiyi xəbərə görə, Gürcüstanın bu yaxınlarda təyin olunmuş xarici işlər naziri Georgi Kvirikaşvili Rusiya Federasiyası ilə bütün mövcud dialoqların davam etdirilməsinin tərəfdarı olmaqla bərabər, bəyan edib ki, Gürcüstan Rusiyaya yönəlik kompromis yox, praqmatik siyasətini davam etdirəcək (Rosbalt).

«Rusiya ilə dialoqun hər iki formasını saxlamaq vacibdir. Birincisi, Cenevrə formatıdır ki, aparıcı rolda siyasi dialoq çıxış edir. Burada bizim ali məqsədimiz Rusiyadan güc tətbiq olunmayacağına zəmanət almaqan və atəşkəs barədə sazişin yerinə yetirilməsini təmin etməkdən ibarətdir. Digər tərəfdən, Abaşidze-Kaşin dialoqu çox vacibdir. Qeyri-formal dialoqun iqtisadi və humanitar elementləri çox əhəmiyyətlidir. Odur ki, biz, maksimum praqmatik, amma aramlı və kompromissiz siyasəti davam etdirəcəyik» - deyə, Gürcüstan xarici siyasət idarəsinin başçısı bəyan edib (RİA Novosti).

Gürcüstanın baş naziri İrakli Qaribaşvili çərşənbə axşamı xarici işlər naziri Tamara Beruçaşvilini tutduğu vəzifədən azad edərək, bu posta ölkənin sabiq iqtisadiyyat naziri Georgi Kvirikaşvilini təyin edib.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol