Menu

Əhməd Davudoğlu dünya liderlərinə müraciət etdi

05.09.2015, 20:24
Əhməd Davudoğlu dünya liderlərinə müraciət etdi

Türkiyə baş naziri Əhməd Davudoğlu dünya liderlərinə müraciət edərək, onları 1929-cu ildən özünü göstərən qlobal iqtisadi böhranlar təcrübəsindən dərslər götürməyə çağırıb. Musavat.com Türkiyə qaynağına istinadən xəbər verir ki, belə bir çağırışı, o, Türkiyədə “Böyük iyirmilik“ ölkələrinin işgüzar dairələrinin toplantısında edib.

Baş nazir liderləri dünya iqtisadiyyatında mövcud ağır situasiyaya qarşı duruş gətirmək üçün razılaşdırılmış və ortaq siyasət aparmağa səsləyib.

“Hər bir dövlət problemi təklikdə həll eləməyə çalışır, ancaq indiki halda təcrid siyasəti uğura gətirməyəcək” – əlavə edib Davudoğlu.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol