Menu

“Azərbaycanı Türkiyə də silahlandırır”

06.09.2015, 00:16
“Azərbaycanı Türkiyə də silahlandırır”

“Ermənistan Müdafiə Nazirliyi Azərbaycanda Türkiyə silahlarının olmasına təəccüblənmir”. Musavat.com-un erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini Movses Akopyan jurnalistlərlə söhbətində hazırda davam edən komanda-qərargah təlimlərini şərh edərkən bildirib.

Onun iddiasına görə, Azərbaycanda Türkiyə silahlarının olması ilə özü hələ 1994-cü ildə qarşılaşıb. “Türkiyə heç vaxt inkar eləməyib ki, Azərbaycana kömək edəcək. Türkiyə silahlarından istifadə təəccüb doğurmur. Rəqib həmişə onu tətbiq edib, biz işin işçindəyik. Biz həmçinin, bilirik ki, bu - hansı silahlardır və haradan gətirilir” – deyib erməni general.

Akopyan Rusiyanın Azərbaycana silah verməsindən də narahatlıq ifadə edib, lakin onu da əlavə edib ki, Bakı Moskvadan son illər aldığı silahlardan istifadə eləməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol