Şabran rayonunun Yenikənd ərazisində biçilmiş əkin sahələrində yanğın baş verib.
"Report" xəbər verir ki, yanğın hazırda davam edir.
Yanğın yaxınlıqdakı əkin sahələri üçün də təhlükə yaradıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şabran Yanğından Mühafizə Xidmətinin iki yanğınsöndürən maşını və briqadası cəlb olunub.


Şərhlər