Futbol üzrə 2016-cı il Avropa çempionatının təsnifat mərhələsi çərçivəsində “H" qrupunda mübarizə aparan Azərbaycan milli komandası səfərdə Malta yığması ilə qarşılaşıb.
Ta-Qali stadionunda keçirilən oyunda hesab Azərbaycan yığması açıb. Rəqibi əks hücumda yaxalayan milli komanda 36-cı dəqiqədə Rahid Əmirquliyevin vurduğu qol ilə irəli çıxıb.
Malta millisi oyunun 55-ci dəqiqəsində komandanın kapitanı Michael Mifsudun vurduğu dəqiq zərbə ilə hesabı bərabərləşdirib - 1:1.
Malta yığma komadası oyunun 71-ci dəqiqəsində Alfred Effiongun vurduğu qol ilə hesabda irəli çıxıb.
Azərbaycan millisi Rahid Əmirquliyevin 79-cu dəqiqədə vurduğu qol ilə hesabda tarazlığı bərpa edib.
Oyub 2:2 başa çatıb.
Xəbər 315 dəfə oxunub.


Şərhlər