Xorvatiya Norveçə uduzdu
Bu gün Avro-2016-nın seçmə qrup mərhələsinin növbəti oyunları keçirilir. A qrupunda ötən tur Türkiyəyə şok yaşadan Latviya isə qrup ikincisi Çexiyanı qəbul edib. Oyun Çexiyanın 2-1 qələbəsi ilə başa çatıb.
Qrupun iki uğursuzu Türkiyə və Hollandiya isə bir-biriləri ilə qarşılaşıb. Türkiyə Hollandiyanı darmadağın edib: 3-0.
Millimizin də çıxış etdiyi C qrupunda isə vəziyyət qarışııb. Əvvəlcə FİFA tərəfindən 1 xalı silinən, daha sonra isə müvəqqəti olaraq bərpa olunan, bu göstərici ilə 15 xalla yenidən qrup lideri olan Xorvatiya Bakıda itirdiyi xalları bərpa etmək üçün səfərdə Norveçə mütləq qalib gəlməlidi. Ancaq məğlub olub.
A qrupu
Latviya – Çexiya - 1:2
Qollar: Juzins, 73 - Limberski, 13, Darida, 25
Türkiyə - Hollandiya - 3:0
Qollar: Oğuzhan, 8, Arda, 26, Burak Yılmaz, 86
C qrupu
Malta – Azərbaycan - 2:2
Qollar: Mifsud, 55, Effionq, 70 - Rahid, 36, 86
Norveç – Xorvatiya - 2:0
Qol: Berget, 51, 69


Şərhlər