Menu

Katolik kilsəsi Avropanın «miqrant böhranı»na reaksiya verdi!

07.09.2015, 11:55
Katolik kilsəsi Avropanın «miqrant böhranı»na reaksiya verdi!

Xarici KİV-in məlumatına görə, Roma Papası kilsə təşkilatlarını qapılarını qaçqınların üzünə açmağa çağırıb («Exo Moskvı»).

«Avropanın kilsə dairələri, icmaları, monastırları və məbədləri - hər kəs qaçqın ailələrinə sığınacaq verməyə borcludur» - deyə, Fransisk bütün Avropaya müraciət edib.

Xəbər verilir ki, bu məsələdə ilk nümunəni Vatinkan sərgiləyəcək - dini dövlətin ərazisində iki qaçqın ailəsi yerləşdiriləcək (TASS).

Bundan əvvəl Papa, cəmiyyəti miqrant probleminə diqqətlə yanaşmağa çağırıb. Müqəddəs səltənət Aralıq dənizində qaçqınların həlak olmasına görə, siyasətçiləri tənqid edib.

Yayılan xəbərlərə görə, kübar Avropada da miqrantların müdafiəsinə yönəlik hərəkatlar cücərti verməkdədir. Məsələn, Fransanın 60-dan artıq mədəniyyət xadimi qaçqınlara yadım etməyə çağıran təşəbbüsə imza atıb. «Jurnal dyü dmanş» - da dərc olunmuş açıq məktubu məşhur aktyorlar, musiqiçilər, yazıçılar və modelyerlər imzalayıblar.

Onlar qeyd edirlər ki, Şimali Afrikadan və Yaxın Şərqdən olan qaçqınlar üz tutduqları qərib ölkələrdə hakimiyyətlərin fəaliyyətsizliyindən və laqeydliyindən dolayı, öz vətənlərində yoxsulluqdan və müharibələrdən çəkdikləri əzablardan daha çox əzab çəkirlər.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol