Menu

Obama ABŞ əsgərlərini İrana göndərməyəcəyini deyib

29.01.2014, 19:49
Obama ABŞ əsgərlərini İrana göndərməyəcəyini deyib

ABŞ prezidenti Barak Obama Konqresdəki çıxışında Amerikan əsgərlərinin “sonu məlum olmayan” ixtilaflarda bataqlığa batmalarına icazə verməyəcəyini bildirib. Obama İranın nüvə proqramı ilə əlaqədar aparılan danışıqlara toxunaraq deyib:

”İran uranın yüksək səviyyəli zənginləşdirilmiş ehtiyatlarını məhv etməyə başlayıb. Onlar artıq inkişaf etmiş texnologiyalı sentrofuqlardan istifadə etmirlər. Yoxlamalar hər şeyə əmin olmaq üçün diqqətli mütəxəsisslər tərəfindən həyata keçirilir. Bu məsələ ilə bağlı müttəfiqlərimizlə birlikdə sülh yaratmaq istiqamətində addımlar ataraq müzakirələrə başladıq. Müzakirələr bundan sonra da davam edəcək və həm də çox çətin olacaq. Uzun müddətli anlaşma yalnız düzgün məlumatlara dayanaraq baş tuta bilər. Biz bütün bunlara, həyata keçirdiyimiz sanksiyaların təsiri nəticəsində nail olmuşuq. Ancaq bir məsələni açıq söyləmək istəyirəm; əgər Konqres mənə bu görüşləri yolundan çıxara biləcək hər hansı yeni sanksiyanın həyata keçirilməsi layihəsini göndərərsə, mən onu veto edəcəyəm. Ölkəmizin beynəlxalq etibarı üçün diplomatiyaya bir şans verməliyik. Verilmiş fürsət İran liderləri tərəfindən qiymətləndirilmədiyi təqdirində isə daha güclü sanksiya çağırışında ilk öndə dayanan çəxs mən olacağam.”

V.Nəsibov

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol