Menu

Əhali də banklardan çəkinməyə başlayıb – Kredit götürənlər azalır

08.09.2015, 10:34
Əhali də banklardan çəkinməyə başlayıb – Kredit götürənlər azalır

Azərbaycanda banklardan ilk dəfə kredit götürənlərin sayı son bir neçə ildə ən aşağı həddə düşüb. Fins.az-ın Mərkəzi Banka istinadən məlumatına görə, iyul ayında yeni kredit almaq üçün banklara müraciət edənlərin sayı cəmi 15 191 nəfər təşkil edib. Xatırladaq ki, buna qədər həmin göstərici ayda 20 mindən az deyildi. 2014-cü ili n avqust-sentyabr aylarında isə 30-37 minə qalxmışdı. Kredit götürənlərin sayının kəskin azalması həm bankların şərtləri sərtləşdirməsi ilə, həm də əhalinin artıq lüzumsuz kreditləri götürmək istəməməsi ilə bağlıdır.

Ümumiyyətlə, 7 ayın yekunlarına görə, MKR-də 2 milyon 472,3 min borcalan haqqında məlumat var. Son bir ildə kredit götürənlərin sayı 308 min və ya 14,2% artıb. Borcalanların 2 milyon 438,3 mini və ya 98,6%-i fiziki şəxslərdir. Kredit götürən hüquqi şəxslərin sayı 11 min, sahibkarların sayı isə 23 mindir. Son 1 ildə kredit götürmüş fiziki şəxslərin sayı 14,2%, hüquqi şəxslərin sayı 5,2%, iş adamlarının sayı 24,3% artıb.

  Aylıq fiziki şəxs borcalanların sayı
İyul, 2014 25 092
Avqust, 2014 30 055
Sentyabr, 2014 37 807
Oktyabr, 2014 28 215
Noyabr, 2014 27 492
Dekabr, 2014 26 165
Yanvar, 2014 25 389
Fevral, 2014 24 359
Mart, 2014 22 030
Aprel, 2014 24 588
May, 2014 20 222
İyun, 2014 21 263
İyul, 2014 15 191

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol