İtaliya baş naziri Matteo Renzi ölkəsinin Suriyada keçirilən anti-İŞİD əməliyyatlarına qatılmayacağını bildirib.
AzPolitika.info-nun “Sabah”a istinadən verdiyi məlumata görə, o, qatıldığı bir televiziya verilişində İtaliyanın Böyük Britaniya və Fransa kimi hərbi addımlara əl atmayacağını vurğulayıb.
Xarici siyasətdə beynəlxalq ictimaiyyətin uzunmüddətli layihələrə ehtiyacı olduğunu deyən və hər təşəbbüsün yaxşı nəticələnməyəcəyini qeyd edən Renzi Liviya lideri Qaddafidən də söz açıb: “Qəddafiyi qovmaq yaxşı fikiriydi, ya yox, əmin deyiləm. Təbii ki, o, çox təhlükəli bir diktator idi amma xarici siyasətdə ağılsız yanaşmalara diqqət etmək lazımdır”.
İtaliya XİN başçısı Paolo Gentiloni də Suriyada siyasi bir prosesi dəstəklədiklərini deyib.


Şərhlər