Türkiyənin Cizrə vilayətinin bələdiyyə sədri, Demokratik Bölgələr Partiyasının (DBP) üzvü Leyla İmret Türkiyəyə qarşı Cizrədə vətəndaş müharibəsi apardıqlarını deyib.
AzPolitika.info-nun “Sabah”a istinadən verdiyi məlumata görə, o, Britaniyanın “Vice News” agentliyinə danışarkən, Cizrəni “vətəndaş müharibəsinin mərkəzi” kimi təqdim edib.
“Sülh olacaqsa, Cizrədən başlayacaq. Müharibə olacaqsa, o da Cizrədən başayacaq. Türkiyədə bir vətəndaş müharibəsi apardığımızı deyə bilirik”, - deyə PKK-yönümlü bələdiyyə sədri qeyd edib.


Şərhlər