Ötən şənbə günü Azərbaycanın Avstraliyadakı səfirliyinin keçmiş əməkdaşı Anar Həsənovun ətrafında Xarici İşlər Nazirliyinin(XİN) mətbuatda yaydığı 
O deyib ki, səfir Rövşən Cəmşidovun və səfirliyin maliyyə müşavirinin maliyyə maxinasiyaları barədə faktları rəsmi orqanlara göndərib. Əvəzində isə diplomatik xidmətdən qovulub.
O ki qaldı səfirlikdə korrupsiya barədə ittihamlara, keçmiş diplomat bunları deyir: “Səfir və mühasib əlbir olaraq əslində olmayan katibə üçün maaş yazıblar. Ona ayda 2700 ABŞ dolları məbləğində əməkhaqqı yazıblar. Bundan başqa, mühasib diplomatik üstünlükdən, imtiyazlardan istifadə edərək içki və siqaret biznesinə girişib. Daha sonra guya yerli qəzetlərə elanlar çapı üçün pullar ödənib”.
O deyir ki, Azərbaycanın Avstraliyadakı səfirliyində korrupsiya faktları barədə bu ilin iyulun 7-də Bakıda dövlət orqanlarına məlumat göndərib: “Prezident Administrasiyasından və Ombudsmandan cavab gəldi ki, qeyd etdiyim faktlar araşdırılacaq. Amma araşdırılmaq əvəzinə xarici işlər nazirinin əmri ilə xidmətdən geri çağrıldım. Xanımım hamilə olduğu və tayyarədə uçmasına həkimlər icazə vermədiyi üçün Bakıya dönə bilməmişik. Ona görə bu bahalı ölkədə yalnız yerli qeyri-hökumət təşkilatlarının yardımlarının ümidinə yaşaya bilirik”.
Həmçinin A.Həsənov deyib ki, Avstraliyadan siyasi sığınacaq istədiyi haqda deyilənlər doğru deyil.
Keçmiş diplomat onun Avstraliya hökumətindən siyasi sığınacaq istəməsi barədə yayılan məlumatların da yalan olduğunu deyir: “İftiranı o dərəcəyə çatdırıblar ki, guya mən ölkənin siyasi rəhbərliyini ittiham etmişəm. Əslində isə mən cənab prezidenti dəstəkləyirəm, onun ictimaiyyəti korrupsiya ilə mübarizəyə, dövlət orqanlarını məlumatlandırmağa səsləyən çağırışına əməl etmiş, Azərbaycanın Avstraliyadakı səfiri Rövşən Cəmşidovun və səfirliyin mühasibi Araz Xasiyevin əlbir olaraq dövlət büdcəsini mənimsəmələri ilə bağlı faktları üzə çıxartmışam”.
Xatırladaq ki, bundan əvvəl Hesablama Palatası qiyamçı səfir Arif Məmmədovun rəhbərliyi dövründə Azərbaycanın Avropa Şurası yanındakı daimi missiyasında yol verilmiş korrupsiya hallarına dair faktları üzə çıxarıb. Həmin faktlar əsasında cinayət işi qaldırılıb. Azərbaycanın xaricdəki diplomatik missiyalarında maliyyə pozuntularına yol verildiyi bundan əvvəl da açıqlanmışdı.
R.ƏLİYEV
AzPolitika.info


Şərhlər