Xarici KİV-in məlumatına görə, Çinin ixrac həcmi dollar ifadəsi ilə 2015-ci ilin avqustunda 5,5 faiz azalıb (ilə hesablamaqla). Bu rəqəm ölkənin gömrük idarəsinin məlumatında yer alıb (Rosbalt).
«Bloomberq» tərəfindən rəyi soruşulan analitiklər ixracın enmə səviyyəsini iyuldakı son enmədən (8,3 faiz) sonra, ortalama 6,6 faiz proqnoz etmişdilər («İnterfaks»).
Ötən ay Çin Xalq Respublikasının (ÇXR) idxal həcmi də ekspertlərin gözləntisinə (7,9 faiz) rəğmən, dollar ifadəsi ilə 13,8 faiz azalıb.
ÇXR-ının xarici ticarət balansındakı profisit avqust ayında dollar ifadəsi ilə 60,24 milyard dollar təşkil edib (iyulda bu göstərici 43,03 milyard dollar olub). İqtisadçıların bu göstərici üzrə orta proqnozu isə 48,0 milyard dollar təşkil edirdi.
«Bank of Communications Co.»-nun Şanxaydakı analitiki Lyu Syueçji qeyd edir ki, bu il Çin, ixracın planlaşdırılan ahənginə nail ola bilmir və xarici tələbat ölkənin iqtisadi qalxınmasına dəstək ola bilməyəcək. Yuanın devalvasiyasının ixracçılar üçün effekti isə sonralar özünü göstərəcək.
Ekspert hesab edir ki, hökumət iqtisadi yüksəlişin sabitləşdirilməsi üçün idxalın zəifləməsi fonunda daha çox işlər görməlidir.
AzPolitika.info


Şərhlər