Menu

Almaniyada yüzlərlə miqrant xristianlığı qəbul edir! - Sığınacaq almaq ümidilə!

08.09.2015, 19:30
Almaniyada yüzlərlə miqrant xristianlığı qəbul edir! - Sığınacaq almaq ümidilə!

«AzPolitika.info» xarici informasiya vasitələrinə istinadla xəbər verir ki, son dövrlərdə yüzlərlə miqrant Almaniyada sığınacaq almaq ümidilə, xristianlığı qəbul etməyə başlayıb («Exo Moskvı»).

Britaniyanın «Deyli Meyl» nəşri yazır ki, buna misal olaraq, İrandan və Əfqanıstandan olan qaçqınlar Berlində yerləşən kilsələrin birində «xaç çevirib». Onların bəziləri öz şəxsiyyətlərini gizlədirlər - İslamdan üz döndərdiklərinə görə, öz vətənlərində qohumları tərəfindən təqib olunmaqdan qorxurlar. Qəzetin təsdiqlədiyinə görə, miqrantlar hesab edirlər ki, dinini dəyişmək onlara qaçqın statusu almaqda kömək edə bilər.

Xatırladırıq ki, bundan əvvəl Papa Fransisk kilsələri, monastırları və katolik kilsə dairələrini öz «ocaq»larında Yaxın Şərqdən və Şimali Afrikadan olan qaçqınlara sığınacaq verməyə çağırmışdı.

Papanın bu «səxavəti»nin pərdəarxası səbəbi yavaş-yavaş aşkara çıxır.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol