İstanbul, Ankara və İzmir başda olmaq üzrə ölkənin şərqindən qərbinə qədər hər yerdə terrora qarşı sərt reaksiyalar başlayıb.
AzPolitika.info-nun İHA-ya istinadən verdiyi məlumata görə, əllərində Türkiyə bayrağıyla şüarlar səsləndirən qruplar HDP binalarına doğru axışdı.
Polislə qruplar arasında vaxtaşırı gərginliklər də yaşandı.
Antaliyada axşam saatlarında terror hadisələrini etiraz etmək istəyən 2 min nəfərlik bir qrup yürüş təşkil etdi. Yürüşdən sonra, HDP-nin vilayət şöbəsinin binasına girməyə çalışan qarşı polis tərəfindən bibər qazı atıldı. Hadisələrdə bir çox adam nəzarətə alındı.
Bir neçə dəqiqə sonra, nümayişçilər yenidən hərəkətə keçərək, HDP binasına doğru irəlilədi. Aksiya iştirakçıları HDP binasının qarşısında duraraq, binanın damına Türkiyə bayrağını asmağı tələb etdilər.
Türk Bayrağının asılmasından sonra izdiham dağılmağa başladı.


Şərhlər