Macarıstanda polisdən qaçan qaçqınlara təpik və badalaq atan qadın operator görüntülərin cəmiyyətdə böyük reaksiya çəkməsindən sonra işdən qovulub.
AzPolitika.info-nun “Dünya Bülteni”nə istinadən verdiyi məlumata görə, Serbiya sərhədi yaxınlarındakı Roşke düşərgəsinə gələn qaçqınlara təpik və badalaq atan xanım jurnalist sosial şəbəkələrdə qınaq hədəfi olub .
Adının Petra Laşlo olduğu açıqlanan qadın operatorun bu hərəkətləri Alman jurnalist Stefan Rixter tərəfindən payaşılıb.
Rixterin “Twitter hesabından paylaşdığı videoda, Laşlonun qucağında uşağı olan bir qaçqına badalaq atdığı görünür. Daha sonra isə uşaqlara da fərq qoymadan, Laşlo yanından keçən qaçqınlara təpik atır.
Tənqidi reaksiyalardan sonra, Petra Laşlo həddindən artıq sağçı Jobbik partiyasına yaxınlığı ilə bilinən N1TV kanalındakı işindən uzaqlaşdırılıb.
Ona qarşı iş açılacağı təqdirdə, qadın jurnalisti beş il həbs gözləyə bilər.


Şərhlər