Menu

Litva Qafqazdan, Krımdan, Donbasdan gələnlərin yoxlanılmasını gücləndirir

09.09.2015, 15:07
Litva Qafqazdan, Krımdan, Donbasdan gələnlərin yoxlanılmasını gücləndirir

Xarici KİV-in məlumatına görə, bundan sonra Qafqazdan, Krımdan, Luqanskdan, Donbasdan (Ukayna vilayətləri) gələnlər Litvada gücləndirilmiş yoxlamalardan keçməli olacaqlar. Belə ki, dünən Litva hökumətinin iclasında «Vizaların və ya müvəqqəti yaşayış üçün icazəlnın verilməsi zamanı vətəndaşları əlavə yoxlamalara məruz qoyulan ölkələr haqqında qaydalar»a müvafiq düzəlişlər təsdiqlənib (Rosbalt).

«LETA» xəbər verir ki, belə dövlətlərin siyahısınıa 3 ildə bir dəfə yenidən baxılması ilə yerli xüsusi xidmət orqanları məşğul olurlar.

Xüsusi xidmət orqanları tərəfindən yenilənmiş siyahıya Cənubi Sudan, Gürcüstan, Abxaziya, Cənubi Osetiya, Kabarda-Balkar, Qaraçay-Çərkəz, Şimali Osetiya, Krım, Mali Respublikası, Ukraynanın Luqansk və Donetsk vilayətləri daxil edilib. Bu bölgələrin siyahıda yer almasının səbəbləri açıqlanmır.

Hökumət tərəfindən təsdiqlənmiş sənəddə deyilir ki, Birləşmiş Ərəb Əmirlikləri siyahıdan o əsasla çıxarılır ki, «son illər bu ölkədə İslam terrorçularının hücumları baş verməyib».

Şri-Lanka da təxminən, oxşar əsaslarla siyahıdan silinib.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol