Menu

Sumqayıtda mağazaya maskalı və baltalı basqın

09.09.2015, 17:02
Sumqayıtda mağazaya maskalı və baltalı basqın

Ötən gecə Sumqayıtdakı elektronika mağazalarından birinə basqın olub.Lent.az-ın məlumatına görə, şəhərin mərkəzində - Sülh küçəsində yerləşən mağazanın şüşələrini balta ilə sındıran maskalı şəxs bir neçə mobil telefonu talayaraq uzaqlaşıb. Hadisə nəzarət kameralarına düşüb.

Bu, günün qarət məqsədilə törədilən ikinci maskalı basqınıdır. Bu gün “Gök-nur” şirkətinin Xəzər rayonunun Zirə qəsəbəsində yerləşən kabel zavoduna da basqın olub. Naməlum maskalı şəxslər gecə zavoda daxil olaraq gözətçinin əl-qolunu bağlayıb və onu ölümlə hədələyib. Daha sonra maskalılar zavodun ofisindən içində 50 min ABŞ dolları olan seyfi aparıb.

Bütövlükdə ayrı-ayrı şirkətlərin ofislərinə və mənzillərə silahlı-maskalı basqınların sayı son günlər müəmmalı şəkildə xeyli artıb. Xəbər lentlərində az qala hər gün belə məlumatlara rast gəlinir. Bəzən bir gündə iki-üç belə məlumat yayılır. Bu isə müvafiq qurumları düşündürməli olan vəziyyətdir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol