Menu

Həkim xəstəni müayinə zamanı döydü - Azərbaycanda

09.09.2015, 17:33
Həkim xəstəni müayinə zamanı döydü - Azərbaycanda

Bakıda həkim xəstəni döyüb. Bu barədə "Report"a zərərçəkənin yaxınları məlumat verib.

Hadisə Xətai rayonunda yerləşən 7 saylı poliklinikada qeydə alınıb. Belə ki, 73 yaşlı Tacirə Məmmədova müayinə üçün poliklinikaya gedib. Müayinə zamanı T.Məmmədova Tamilla adlı həkim tərəfindən döyülüb.

Zərərçəkən Xətai Rayon Polis İdarəsinə (RPİ) şikayət edib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol